“TRT Spor” Qurban Qurbanovla bağlı maraqlı paylaşım etdi - foto

“TRT Spor” telekanalının rəsmi “X” səhifəsində “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovla paylaşım edilib.

Buta.media xəbər verir ki, paylaşımda Xabi Alonsonun komandasının ilk dəfə məğlubiyyətə bu qədər yaxın olduğu yazılıb. 

“Qurban Qurbanovu qürurla təqdim edirik”, - deyə postda bildirilir.

Xatırladaq ki, ötən gecə Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” və “Bayer” arasında keçirilən qarşılaşma heç-2:2 hesablı heç-heçə ilə bitib.

Matçda hesabı 26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. İlk hissəyə əlavə edilmiş dəqiqələrdə Olavio Juninyo ağdamlıların üstünlüyünü iki topa çatdırıb. Lakin “Qarabağ” bu üstünlüyünü ikinci hissədə qoruya bilməyib. Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə isə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ