Xabi Alonso: “Braqa” ilə matçda “Qarabağ”ı dəstəkləyəcəm - video

Xəbər verdiyimiz kimi, “Bayer”in düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Leverkuzen təmsilçisinin çalışdırıcısı Xabi Alonso ilə yenidən görüşüb.

Qurbanov  Almaniya klubunun məşq prosesini izləyərkən Alonso ona yaxınlaşıb, məşqçilər arasında qısa və səmimi söhbət olub.

İspaniyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə keçiriləcək oyunlarda “Qarabağ”ı dəstəkləyəcəyini bildirib. Q.Qurbanov da həmkarına həm Bundesliqada, həm də Avropa Liqasında uğurlar arzulayıb. O, “Bayer”in hər iki yarışın qalibi olmasını istədiyini söyləyib.

Xatırladaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olub. Həm “Bayer”, həm də “Qarabağ” qrupdan çıxaraq pley-offa yüksəlib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ