Qurban Qurbanov Xabi Alonso ilə görüşdü - foto

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində Ağdam klubunun rəqibi olan “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso ilə görüşüb.

Qurbanov görüşdə ispaniyalı həmkarına Qarabağ xalçası hədiyyə edib.

Q.Qurbanovun Almaniyada Xabi Alonso ilə görüşməkdə məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.

20:23

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib.

Bu barədə “Qafqazinfoya klubun mətbuat katibi Anar Hacıyev məlumat verib.

O bildirib ki, təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” (Leverkuzen) klubunun baş məşqçisi Xabi Alonso ilə görüşəcək.

Q.Qurbanovun məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ