Ramil Şeydayev Türkiyə klubuna keçir

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubuna keçəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, R.Şeydayev artıq TFF I Liqa təmsilçisi ilə anlaşıb. Onun bir neçə gün ərzində klubun düşərgəsinə qoşulacağı da məlumatda yer alır.

Qeyd edək ki, Şeydayev hazırda Taylandın “Buriram Yunayted” klubunda çıxış edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ