Emin Mahmudovun qolu Avropada ən yaxşı seçildi - video

AÇ-2024-ün seçmə mərhələsinin 9-cu turunun ən yaxşı qolu müəyyənləşib.

Azərbaycan millisinin kapitanı Emin Mahmudovun İsveçə qarşı matçda uzaq məsafədən rəqib qapısına vurduğu  qol ən yaxşı seçilib. 

Onun qolu UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub.

Qeyd edək ki, sözügedən görüşdə Azərbaycan İsveçi 3:0 hesabı ilə məğlub edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ