Mbappe Messi, Ronaldo və Neymarın rekordunu qırdı

PSJ və Fransa milli futbol komandasının hücumçusu Kilian Mbappe portuqaliyalı Kriştianu Ronaldonun qol rekordunu yeniləyib. Bu barədə X sosial şəbəkəsində Opta Sport statistik portalı məlumat yayıb.

Forvard AVRO-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə matçda het-trik edib. Bununla da o, karyerasında 300 qol həddini keçib. Mbappe bunu 24 yaşında edib, beləliklə, Ronaldonu, həmçinin 25 yaşını tamamladıqdan sonra bunu edən çatan argentinalı Lionel Messi və braziliyalı Neymarı geridə qoyub.

Bundan başqa, Mbappe Fransa millisinin bombardirləri siyahısında üçüncü yeri yüksəlib. O, millinin heyətində 46 qol vuraraq 44 qol vuran Antuan Qrizmanı keçib.

Noyabrın 18-də Fransa millisi 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq komandasını məğlub edib. Oyun Nitsada keçirilib və 14:0 hesabı ilə başa çatıb. Görüşün ilk dəqiqələrində Cəbəllütariq təmsilçisi Ethan Santos avtoqola imza atıb. Fransa komandasının heyətində Olivye Jiru və Kinqsli Komanı dubl edib. Zair-Emeri, Jonatan Kloss, Yusuf Fofana, Adrien Rabiot və Osman Dembele hərəyə bir qol vurublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ