Azərbaycanlı UFC döyüşçüsü üzücü məğlubiyyət alıb - video

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev ardıcıl ikinci məğlubiyyətini alıb.

Bu gün Las-Veqasda UFC Fight Night 228 turnirində o, polşalı Mateuş Qamrotla qarşılaşıb. Məğlubiyyət çox üzücü alınıb. İkinci raundda Fiziyev ayaqla zərbə endirib, lakin özü zədələnib. Rəqib bundan istifadə edərək Fiziyevə ardıcıl bir neçə zərbə vurub. Nəticədə hakim mübarizəni dayandırıb. Qamrotun texniki nokautla qələbəsi qeydə alınıb.

30 yaşlı Fiziyev üçün bu, üçüncü məğlubiyyətdir. Bu ilin mart ayında o, amerikalı Castin Qetciyə uduzub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ