Buffon karyerasını başa vurur

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon peşəkar karyerasını başa vurub.

45 yaşında futbolla vidalaşan qolkiper qərarını sosial şəbəkə hesabından etdiyi paylaşımla açıqlayıb.

Əfsanəvi oyunçu "Hər şey üçün təşəkkürlər" yazıb.

Qeyd edək ki, son klubu "Parma" olan Canluici Buffon karyerası ərzində "Yuventus" və Fransanın PSJ komandalarında da çıxış edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ