Azərbaycan və Türkiyə boksçularının görüşündə duyğulu anlar - video

Rumıniyada boks üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında maraqlı anlar yaşanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu Azərbaycan və Türkiyə boksçularının görüşündə qeydə alınıb.

Belə ki, təmsilçimiz Sübhan Babayev türkiyəli rəqibi ilə görüşdə onu məğlub edib.

Görüş başa çatdıqdan sonra isə Azərbaycan təmsilçisi türkiyəli rəqibinin formasındakı bayrağı öpüb. Türkiyəli rəqibi də ona eyni qarşılığı verib.

Bu hadisə zalda çoşqu ilə qarşılanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ