“Qarabağ” braziliyalı futbolçunu transfer etdi

“Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb.

Ağdam klubu sosial şəbəkə vasitəsilə braziliyalı vinger Juninyonun keçidini elan edib.

27 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın “Çaves” klubundan transfer olunub. Keçidin detalları və müqavilə müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, “Qarabağ”ın transfer dönəmində ilk keçidi “Zirə”dən fransalı vinger Hamidu Keyta olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ