Messi PSJ-dən gedir

Lionel Messi 2022/2023 mövsümünün sonunda Fransanın “Paris Saint-Germain” klubunu tərk edəcək. Bunu klubunu baş məşqçi Kristof Qaltye deyib.

“Futbol tarixinin ən yaxşı oyunçusunu çalışdırmaq mənə qismət oldu. “Klermont”la qarşılaşma onun PSJ-də sonuncu oyunu olacaq”, - Qaltye bildirib.

PSJ-nin Klermontla qarşılaşması iyunun 3-də baş tutacaq.

Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Güman edilir ki, futbolçu “Barselona”ya qayıda bilər, həmçinin Səudiyyə Ərəbistanındakı klublardan birinə və ya Amerika Liqasına gedə bilər.

Lionel Messi tarixin ən yaxşı futbolçularından biridir. Argentina millisinin tərkibində 2022-ci ildə dünya çempionu olub. Messi dörd dəfə Çempionlar Liqasının, 10 dəfə İspaniya çempionatının, iki dəfə isə Fransa çempionatının qalibi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ