Azərbaycan idmançılarını hoteldən buraxmırlar - İrəvanda nə baş verir?

Ötən gün İrəvanda bayrağımızın yandırılmasından sonra Azərbaycan ağır atletika komandası Ermənistanda keçirilən Avropa çempionatında iştirak etməmək qərarına gəlib.

Caliber.Az yazır ki, komandamız üçün İrəvan-Antalya reysinə biletlər bron edilib. Saat 02.55-də millimizin üzvləri Antalyaya, oradan da Bakıya uçmalı idilər.

Bəs nə baş verib?

Ermənilər “təhlükəsizlik” bəhanəsi ilə Azərbaycan komandasının üzvlərini hoteldən buraxmayıblar. Daha doğrusu, yarışlarda iştirakdan imtina edəndən sonra komandamızı girov saxlayırlar. Bütün bunlar Paşinyanın şəxsən açılışında iştirak etdiyi, Dünya və Avropa Ağır Atletika Federasiyalarının prezidentləri Məhəmməd Calud və Antonio Konflittinin də qatıldığı tədbirdə Azərbaycan bayrağının yandırılmasından sonra baş verir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ