Azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

“Report”un əldə etdiyi məlumata görə, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək VI tur matçını idarə edəcək.

Qeyd edək ki, noyabrın 2-də “Parken” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ