Faciəvi şəkildə vəfat edən polis zabitinin görüntüləri yayıldı - FOTO

Yardımlı rayonunda polis zabitinin idarə etdiyi xidməti avtomobil uçuruma yuvarlanıb.

Buta.media BakuPost-a istinadən xəbər verir ki, hadisə martın 30-də axşam saatlarında Yardımlı rayonunun Osnakəran kəndində baş verib.

Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant Şahin Nəsirovun idarə etdiyi "Chevrolet” markalı avtomobil uçuruma yuvarlanıb.

Nəticədə 1988-ci il təvəllüdlü Ş. Nəsirov hadisə yerindəcə keçinib. Hadisə xidmət zamanı baş verib.

Qəzaya səbəb kimi yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Şahin Nəsirov gənc olmasına baxmayaraq nümunəvi polis işçisi kimi tanınıb.

O, Polis Akademiyasının sonuncu kurs tələbəsi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ