Polis zabiti faciəvi şəkildə öldü

Ötən gün axşam saat 11 radələrində Yardımlı rayonunun Osnağaran kəndinin ərazisində baş verən yol-nəqliyyat qəzası nəticəsində polis zabiti həlak olub.

Buta.media-nın Virtualaz.org-a istinadən məlumatına görə, Yardımlı rayon polis şöbəsinin 31 yaşlı cinayət-axtarış müvəkkili, baş leytenant Şahin Nəsirovun idarə etdiyi 10 AP 928 dövlət nömrə nişanlı “Chevrolet Niva” markalı xidməti avtomaşın sulu qarla örtülmüş yolda qəfildən dərin uçuruma yuvarlanıb.

Şahin Nəsirov qəza nəticəsində aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla balı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ