Ermənilərdən qənimət götürülən silahlar açıqlandı

Qarabağda keçirilən antiterror tədbirləri zamanı qarşı tərəfin minaatan mərmisi ilə dolu 6 ədəd “Ural” markalı avtomobil və 4 ədəd minaatan qənimət olaraq götürülüb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polkovnik Anar Eyvazov brifinqdə deyilib.

Qeyd edək ki, ötən gündən etibarən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ