Toy karvanında avtoxuliqanlıq etdi - Video

Sabirabadda toy karvanında avtoxuliqanlıq edən şəxs barəsində tədbir görülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya verilən xəbərə görə, avtoxuliqanlıq edən Qaragüney kənd sakini Vüqar Əhmədzadə müəyyən edilərək polis şöbəsinə dəvət olunub.

Onun barəsində inzibati qaydada protokol tərtib olunub, məhkəmənin qərarı ilə sürücülük hüququndan 1 illik məhrum edilməklə 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə “VAZ 2107” markalı avtomobilin sürücüsünün toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən görüntülər paylaşılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ