Ermənistan ərazisinə düşən azərbaycanlı hərbçilərdən birinə hökm oxunub.
Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hökmü ilə Aqşin Bəbirov 11 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan hərbçisi “dövlət sərhədini qanunsuz keçmək, odlu silah və döyüş sursatı dövlət sərhədindən qanunsuz keçirmək”də təqsirli bilinib.
Xatırladaq ki, aprelin əvvəlində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.