Azərbaycanın ikinci hərbçisi də Ermənistanda saxlanılıb

“Aprelin 13-ü Ermənistan ərazisində itkin düşən digər azərbaycanlı hərbçi də tapılaraq saxlanılıb”.

Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. 

Xatırladaq ki, aprelin 10-u Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıblar. Onlardan biri aprelin 11-i saxlanılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin aprelin 10-u yaydığı rəsmi məlumata görə, əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Sözügedən əsgərlərin yaxınları onların aprelin 5-i itkin düşdüklərini bildiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ