Ermənilər ekskavatorumuzu atəşə tutdu - MN

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb”, - məlumatda bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ