Əlcəzairdə 26 il əvvəl oğurlanan şəxs sağ tapılıb - video

Ötən həftə sonu Əlcəzairdə 1998-ci ildə 19 yaşında itkin düşən Ömər bin Omran sağ tapılıb.

“New York Post” qəzetinin məlumatına görə, Ömər bazar günü ailəsinin evindən 100 metr aralıda yerləşən evdən xilas edilib.

Qeyd olunur ki, Ömər 26 il əvvəl peşə məktəbinə gedərkən itkin düşüb.

Əlcəzair prokurorluğundan verilən açıqlamaya görə, onun oğurlayan 61 yaşlı kişi nəzarətə götürülüb.

Mayın 12-də Ömərin qardaşı polisə gedərək onun qonşunun zirzəmisində gizlədildiyini bildirib. Bundan sonra evdə axtarış aparan polis 26 ildən sonra Öməri tapıb.

Xilas edilən Ömər bin Omran həm fiziki, həm də psixoloji müalicə üçün tibb mərkəzinə aparılıb.

Qeyd olunur ki, Ömərin anası itkin düşən oğlunun axtarışını heç vaxt dayandırmayıb. Qadın 2013-cü ildə dünyasını dəyişib. Digər ailə üzvləri Ömərin 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində ölkədə gedən vətəndaş müharibəsi zamanı öldürüldüyünə inansalar da, qadın onun hələ də sağ olduğunu hiss edirdi. Ölümündən əvvəl o, ailəsindən oğullarının axtarışını dayandırmamalarını xahiş edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ