Polis zabiti Şəmkirdə qəzada öldü

Şəmkir şəhər ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.

Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, yaralılar isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Əliyev polis zabiti olub, Gədəbəy Rayon Polis Şöbəsində xidmət edirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ