Azərbaycanda gizli səfərbərlik keçirilir? - açıqlama

Son günlər sosial şəbəkələrdə Azərbaycanda hərbi xidmətə çağırış mövzusu geniş müzakirə olunur. İstifadəçilər ehtiyatda olan insanların təlimə çağırıldığını yazaraq, ölkədə gizli səfərbərliyin getdiyinə yazırlar. Erməni mediası isə Azərbaycanın guya bu şəkildə müharibəyə hazırlaşdığını iddia edib.

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqin.az-a ölkədə guya səfərbərliyin aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərləri təkzib edib.

“Görünür, kimlərsə Müdafiə Nazirliyinin rüsumlarla bağlı aprelin 18-də agentliyin saytında dərc olunmuş məlumatı yanlış şərh edib”, - Dövlət Xidməti qeyd edib.

Qeyd edək ki, aprelin 18-də Müdafiə Nazirliyinin "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin təlim toplanışı keçirilib.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ