Polis Kamil Zeynallını saxladı – YENİLƏNİB

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. 

 

REAL-ın məlumatına görə, o, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.

 

İdmançının həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir

 

12:18

Polis idmançı Kamil Zeynallını saxlayıb.

 

“Report”un əldə etdiyi məlumata görə, K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. 

 

Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.

 

O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ