Məhkəmə Kamil Zeynallı ilə bağlı qərar verdi

Bu gün Bakı Apellyasiya Məhkəməsində idmançı Kamil Zeynallının barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkmə prosesi keçirilib. 

 
Buta.Media-ın məlumatına görə, Oxu. Az xəbər verir ki, prosesdə qərar elan olunub. 
 
Qərara əsasən, K.Zeynallının apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. 
 
İttiham görə, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar. 
 
K.Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.
 
Nərimanov Rayon Məhkəməsi ona 10 sutkalıq həbs verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ