Dünya ölümcül pandemiya ilə üz-üzədir

Dünya COVID-19-dan 20 dəfə çox ölümə səbəb ola biləcək yeni sirli “Xəstəlik X” pandemiyasına hazırlaşır. Bu barədə xarici media yazır.

Ümumdünya Davos Forumunun gündəliyinə yeni sirli pandemiyanın müzakirəsi daxil edilib.

“Xəstəlik X” 2018-ci ilin fevral ayında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dərman və ya müalicə vasitələrinin təcili işlənib hazırlanmasını tələb edən patogenlər və xəstəliklərin siyahısı üçün qəbul edilmiş epidemiya və ya pandemiyaya səbəb ola bilən nəzəri naməlum patogenin adıdır.

Belə bir işarələnmə ÜST tərəfindən planlaşdırmanın optimallaşdırılması və onun çevikliyi çərçivəsində yeni və naməlum patogenə təcili uyğunlaşmaq, peyvənd və ya müalicə metodunun hazırlanmasına sürətlə başlamaq üçün qəbul edilmişdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ