Qubad İbadoğlu Yasinin ABŞ-da təhsil alması üçün nazirliyə müraciət etdi

Artıq iki gündür ki, Azərbaycan cəmiyyəti Türkiyənin Sabancı Universietinin bakalavr pilləsində təhsil almaq üçün 56 min dollar məbləğində tam təqaüd qazanan 17 yaşlı istedadlı Yasin Quliyevdən danışır. Azərbaycanlı iqtisadşı ekspert, ABŞ Universitetlərində dərs keçən Qubad İbadoğlu Yasin Quliyevin Sabançı Universitetində deyil, ABŞ-ın Massaçusets Texniki Universitetində (MİT) təhsil almasına dəstək vermək məqsədi ilə Təhisl Nazirliyinə və ölkədəki imkanlı, xeyriyyəçilərə müraciət edib.

 Buta.media xəbər verir ki, bununla bağlı Qubad İbadoğlu öz “Facebook” səhifəsində yazı dərc edib.

 “Unutmayaq ki, bu cür istedadlı gənclərin təshilinə töhfə ölkəmizin gələcəyinə qoyulan ən qiymətli sərmayədir. Türkiyənin Sabancı Universietinin bakalavr pilləsində təhsil almaq üçün 56 min dollar ( bu Universitetdə xarici tələbələr üçün 1 illik təhsil haqqı 18 min dollardır) məbləğində tam təqaüd qazanan 17 yaşlı istedadlı gənc Yasin Quliyevin uğuru yalnız onun, ailəsinin və vaxtı ilə mənim də məzun olduğum məktəbin deyil, həmçinin Azərbaycanın uğurudur. 

Verilən açıqlamalardan gəldiyim qənaət ondan ibarətdir ki, Yasin ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyənin Sabancı Universitetini seçib. 

Çünki, yalnız bu Universitet onu təhsil haqqı ödəməkdən tam azad edib. Bununla yanaşı, Yasin ABŞ-ın Massaçusets Boston, İllinoys, Şimali Florida Universitetlərindən də qəbul alıb. Göründüyü kimi onlar arasında dünyaca məşhur Massaçusets Texniki Universiteti (MİT) vardır, lakin həmin universitet onu təhsil haqqının 82 faizindən azad edib”,- Q.İbadoğlu  qeyd edib.

Onun fikrincə, Azərbaycanın talantlı gənci Yasin Quliyev ABŞ-da MİT-də təhsil alsın: 

“Odur ki, burdan Təhsil Nazirliyinə, yerli fondlara və donorlara, iş adamlarına, xeyriyyəçilərə müraciət edirəm, gəlin Yasin Quliyevin bir çox reytinq cədvəllərində dünya üzrə ilk onluqda qərarlaşan MİT-də (The Times Higher Education World University Rankings 2019 görə, dünyanın 1250 seçilmiş Universiteti arasında MİT 4-cü, Sabancı isə 351-400-cü yerdədir) təhsil almasına dəstək olaq. 

Unutmayaq ki, bu cür istedadlı gənclərin təshilinə edilən töhfə ölkəmizin gələcəyinə qoyulan ən qiymətli sərmayədir. Mən də öz tərəfimdən ABŞ-da Yasinin qarşılayıb, yerləşdirilməyi öhdəmə götürürəm. Mətbuatdan da xahişim odur ki, bu təşəbbüsün ictiamiləşməsinə dəstək versinlər. 

Yeri gəlmişkən bir zəruri qeyd etmək istərdim. Birincisi, Yasin Quliyevi şəxsən tanımıram, kaş o vaxtında xaricdə təhsil şirkətinə deyil, mənə müraciət edəydi, mən onun ABŞ Universitetlərindən tam təqaüd qazanması üçün yardımımı da əsirgəməzdim”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ