Rusiyada qırıcının binaya çırpılması nəticəsində 13 nəfər ölüb - video

Yenilənmə

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində dağıntılar altından qalan daha 10 nəfərin meyiti çıxarılıb.

Bu barədə RF Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Beləliklə hadisə nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər ölüb. Son məlumata görə, 19 nəfər yaralanıb.

Dağıntılar altından 68 nəfər xilas olunub, 360 nəfər isə təxliyə edilib.

17.10.2022 22:58

Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında "Su-34"ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 25 nəfərə çatıb.

Bu barədə Krasnodar diyarı qubernatorunun müavini Anna Minkova teleqramda yazıb.

Ölənlərin sayı isə 5 nəfər təşkil edir.

20:03

Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşüb.

Şahidlərin verdiyi məlumata görə, döyüş sursatlarının partlaması səsləri gəldiyi üçün təyyarənin hərbi olduğu bildirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ