İran dronları Kiyevə hücum edib - video

Kiyevdə Şevçenko rayonunda iki partlayış baş verib. Bu barədə paytaxtın meri Vitali Kliçko məlumat yayıb.

O qeyd edib ki, İranın PUA-ları Ukrayna paytaxtına hücum edib.

Şəhərdə nəqliyyatın hərəkəti dayandırılıb. Pilotsuz uçuş aparatların zərbələri nəticəsində inzibati bina yanıb. Yerli KİV-in məlumatına görə, itki yoxdur.

Kiyev sakinləri həyəcan siqnalı bitənə qədər sığınacaqlarda qalmağa çağırılıb.

Bu səhər Kiyevə hücum edən kamikadze dronlardan birinin fraqmenti

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ