İlon Mask Ukraynaya pulsuz internet verməkdən imtina etdi

İlon Maskın “SpaceX” şirkəti Pentaqona Ukraynada Starlink peyk rabitəsi xidmətlərini maliyyələşdirməkdən imtina etdiyini bildirib.

Bu barədə CNN “SpaceX”in Pentaqona göndərdiyi məktuba istinadən yazır.

Nəşr qeyd edir ki, Maskın şirkəti məktubda “artıq Starlink xidmətini əvvəlki kimi maliyyələşdirməyə davam edə bilməyəcəyini” qeyd edib.

Məktubda həmçinin Pentaqona müraciət edilir ki, Starlink sistemindən Ukrayna hökuməti və hərbi istifadəsini maliyyələşdirsin. Şirkətin iddiasına görə, bu sistemin maliyyələşdirilməsi ilin sonuna qədər 120 milyon dollardan çox başa gələcək və növbəti 12 ay ərzində 400 milyon dolları keçəcək.

“Biz bundan sonra Ukraynaya terminallar bağışlaya və ya mövcud terminalları qeyri-müəyyən müddətə maliyyələşdirə bilmirik”, - “SpaceX”in dövlət satışları üzrə direktoru Pentaqona ünvanladığı məktubda yazıb.

CNN-in məlumatına görə, Pentaqona göndərilən sənədlər arasında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeriy Zalujnının iyul ayında İlon Maska daha 8 minə yaxın Starlink terminalı üçün birbaşa müraciəti də var.

Nəşr xatırladır ki, bu günə qədər Ukraynaya təxminən 20 000 ədəd Starlink peyk rabitəsi ötürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ