Ukrayna Rusiya ərazisini raketlə vurdu - video

Rusiyanın Belqorod şəhərində çoxmərtəbəli yaşayış binasına raket mərmisi düşüb. Bu barədə cümə axşamı, oktyabrın 13-də hadisə şahidlərinə istinadən “Baza” Telegram kanalı məlumat yayıb.

Hadisənin Qubkin küçəsində baş verdiyi dəqiqləşdirilir. Raket düşməsi nəticəsində binanın yuxarı mərtəbələrinə ziyan dəyib. Hadisə yerində təcili yardım maşını və xilasedicilər işləyir.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, şəhər Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.

Yaralılar və ölənlər barədə hazırda məlumat yoxdur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ