Zelenski rusiyalılar üçün “ən yaxşı variantı” açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Krım körpüsündə baş verən partlayışdan sonra videomüraciətində bildirib ki, rusiyalıların yalnız bir ən yaxşı yolu var - Ukraynanın işğal olunmuş ərazilərindən qaçmaq.

“Bu gün ölkəmizin ərazisində günəşli gün oldu. Təxminən 20 dərəcə isti və günəş, təəssüf ki, Krımda da isti olsa da, hava buludlu idi. Ancaq buludlara rəğmən ukraynalılar nə edəcəklərini və gələcəyimizin günəşli olacağını bilirlər. Bu, bütün ərazimizdə, o cümlədən Krımda işğalçılarsız gələcəkdir. İşğalçılar əllərində belə bir fürsət olduğu halda qaçsalar, bu, onlar üçün ən yaxşı variantdır”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenski əlavə edib ki, Ukrayna “könüllü olaraq silahı yerə qoyub təslim olan bütün Rusiya hərbçilərinə həyatlarının qorunmasına zəmanət verir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ