Rusiya ordusunun genişmiqyaslı geri çəkilməsi davam edir

Ukrayna ordusu Limandan sonra Xerson yaxınlığında fəallaşıb.

Ukrayna silahlı qüvvələri avqust ayında Rusiya ordusunu ukraynalılar üçün daha əlverişli olan ərazilərdə döyüşməyə məcbur etməklə ələ keçirdikləri təşəbbüsdən yararlana biliblər.

Keçmiş QRU polkovniki, Donbasın separatçı ordusunun keçmiş komandiri İqor Strelkov (Qirkin) öz teleqram kanalında qeyd edir ki, oktyabrın 3-də Xerson cəbhəsində bütün günü şiddətli döyüşlər davam edib.

“Düşmənin əsas səyləri Berislav istiqamətinə göndərildi - Dudçan və Davydov Broda bölgəsində irəlilədi . Düşmən hər şeydə üstündür, hətta aviasiyadan da istifadə edir”.

Strelkov bildirir ki, bizim (Rusiya - red.) qoşunlarımız Luqansk Cəbhəsinin Svatov istiqamətində geri çəkilməyə davam edib. Vəziyyət tam aydın deyil, lakin təsdiqlənməmiş məlumatlar var ki, düşmən artıq Rubejnoye-Svatovo magistralını kəsə bilib və qabaqcıl qrupları ilə Svatovo qarnizonunun arxasına çatmaq və Kremennaya-Rubejnoyeni əhatə etməklə hədələyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ