Dağıstanlılar səfərbərliyə etiraz edərək federal yolu bağladılar - video

Dağıstanın Xasavyurt rayonunun Endiriy kəndinin sakinləri səfərbərliyə etiraz edərək federal magistral yolu bağlayıblar.

Bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Nəşrin dərc etdiyi kadrlarda onlarla yerli sakinin yola çıxdığı əks olunub. Polis havaya atəş açaraq etirazçıları dağıtmağa çalışıb.

Yerli sakinlərin sözlərinə görə, etiraza səbəb ordudan yeni qayıtmış gənclərə çağırış vərəqələrinin verilməsi olub. Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ