Aeroportda 1,4 milyonluq heroinlə tutulan modelə ağır cəza - FOTO

Pakistanın paytaxtı İslamadda 22 yaşlı model Tereza Qluskovun üzərində axtarış zamanı narkitiklə doldurulmuş üç heykəlçik tapılıb.


Terezanın sözlərinə görə, Mançesterdə pakistanlı ilə tanış olub və onunla görüşməyə başalyıb. Pakistanlının fotostudiyası var idi, sonradan məlum olub ki, o bu studiyanı yalandan düzəltmişdi.


Bir müddət sonra paksitanlı Terezaya brendi reklam etmək üçün vətəninə getməyə dəvət edib. Bunun qarşılığında o qıza yaxşı pul ödəyəcəyini vəd edib, Tereza da razılaşıb.

 

 
Pakistanda nə baş verdiyi barədə Tereza heç bir söz deməyib, lakin İslamabaddan Dubaya qədər uçarkən hüquq-mühafizə orqanlarının əməkdaşları qızı saxlayıblar, onun üzərindən 1,4 milyon dollarlıq 9 kiloqram heroin aşkarlanıb. 


Model günahının olmadığını bildirərək qeyd edib ki, bu heykəlciklər ona hədiyyə olunub, lakin ona qarşı cinayət işi açılıb.


Məhkəmədə doqquz şahid qeyd edib ki, Tereza çamodanda narkotik olmasını bilirdi. Nəticədə Tereza 8 il 8 ay müddətinə azadlıqdan məhrum olunub. 


Onun bəxti gətirib ki, üzərindəki narkotikin çəkisi 10 kq-dan çox olmayıb. Pakistanda 10 kq və daha çox narkotikin keçirilməsinə görə ölüm hökmü nəzərdə tutulub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ