Moldova Rumıniya ilə birləşir? - Sandu yeganə şərti açıqladı

Moldova hakimiyyəti yalnız ölkə əhalisinin böyük hissəsinin dəstəyi ilə Rumıniyaya birləşməyə qərar verəcək.

Buta.media-nın xəbərinə görə, bu barədə Moldova prezidenti Maya Sandu bəyan edib.

Siyasətçi xalqın dəstəyini anşluss üçün məcburi şərt adlandıraraq qeyd edib ki, sakinlər özləri bu prosesi başlamalıdırlar.

“Hələlik xalq bunu istəmir və bu məqsədi dəstəkləyən böyük kütlə yoxdur”, - deyə Sandu bildirib.

Açıq mənbələrdə olan məlumata əsasən, Maya Sandunun Moldova vətəndaşlığı ilə yanaşı Rumıniya vətəndaşlığı da var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ