“Sona qədər döyüşəcəyik” - Mariupoldakı Ukrayna hərbçiləri təslim olmaqdan imtina ediblər

Ukraynanın baş naziri Denis Şmıqal ABC telekanalına müsahibəsində bildirib ki, hazırda mühasirədə olan Mariupolda olan Ukrayna ordusu Rusiya tərəfinin daha əvvəl ona təklif etdiyi təslim olmaqdan imtina edib.

"Şəhər hələ də ələ keçməyib", - deyən Şmıqat Ukrayna qoşunlarının hələ də Mariupolun bəzi hissələrinə nəzarət etdiyini qeyd edib.

Bazar günü səhər saatlarında Rusiya tərəfi Mariupoldakı Ukrayna hərbçilərini silahlarını yerə qoymağa və təslim olmağa çağırıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna hərbçiləri “Azovstal” zavodunda gizlənib. 2,5 min əsgərdən danışmaq olar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ