Britaniya xüsusi təyinatlılarını Ukraynaya göndərib

“The Times” yazır ki, Böyük Britaniya Ukrayna ordusunun komandirlərinə təlim keçməyə başlayan Xüsusi Hava Desant Xidmətinin (SAS) təlimatçılarını Ukraynaya qaytarıb.

Xüsusi təyinatlılar təxminən iki həftə əvvəl təlimlərə başlayıb, Kiyevdə və onun ətrafında yerləşən iki batalyonun zabitləri bildiriblər.

Batalyonu Kiyevin şimalındakı Obolonda yerləşən kapitan Yuri Mironenko bildirib ki, təlimatçılar Rusiyanın işğalı başlayandan sonra Böyük Britaniyanın Ukraynaya verdiyi NLAW tank əleyhinə raket sistemlərindən istifadə etmək üçün yerli qoşunlara təlim keçiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ