Ukraynada vağzalı raketlə vurdular. Minlərlə insan evakuasiya gözlədiyi zaman - 50 ölü

Dəmiryolu vağzalına raket zərbələri nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Onlardan 5-i uşaqdır. Ukrayna mediası vağzalın "Toçka-U" raketi ilə vurulduğunu yazır. 

13:06

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 30-dan çox sakin ölüb, 100-dən çox insan yaralanıb.

Raket sakinlər təxliyə olunan zaman düşüb.

Vağzala “Toçka U” atılıb. Polis, xilasedicilər hadisə yerində fəaliyyət göstərirlər. Onlarla ölən və yaralananlar var. 

Baş nazirin müavini İrina Vereşşuk Xarkov, Luqansk və Donetsk vilayətlərinin sakinlərini təxliyə olunmağa çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ