Rusiya qoşunları Ukraynada daha bir şəhəri ələ keçiriblər

Rusiya Silahlı Qüvvələrinin bölmələri Ukraynanın Xerson və Berdyansk şəhərlərini tamamilə bloklayıblar. 

Buta.media-nın xəbərinə görə, bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyan edib.

Bildirilir ki, Geniçevsk şəhəri və Xerson ətrafında Çernobayevka aerodromu rusiyalı hərbçilərin nəzarətinə keçib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ