İsrail ordusunun itkiləri açıqlandı

Ötən ilin oktyabrın 7-də münaqişənin gərginləşməsindən bəri İsrail Müdafiə Qüvvələri (İDF) Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlərdə 604 nəfər itirib.

 Bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

Son məlumatlara görə, aprelin 6-da Qəzza zolağında dörd İsrail əsgəri həlak olub. Bütün itkilər anklavın cənubunda qeydə alınıb. Belə ki, Qəzzada quru əməliyyatı başlayandan bəri İDF 260 hərbçisini itirib.

Yaxın Şərqdə insident HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə sızmasından və insanları girov götürməsindən sonra başalyıb. Redikallar İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə belə cavab veriblər. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav, eyni zamanda Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ