Rusiya-Ukrayna sərhədində şiddətli döyüşlər: yüzlərlə ölən var - video

Ukraynanın “kəşfiyyat-diversiya qrupu” Rusiyanın Belqorod vilayətinin ərazisinə daxil olmağa cəhd edib - Spodaryuşino kəndində ağır döyüş gedir. Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, RF qoşunları Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Spodaryuşino kəndi yaxınlığında Rusiya ərazisinə soxulmaq cəhdinin qarşısını alıb.

Məlumata görə, 195-ə qədər ukraynalı hərbçi, o cümlədən beş tank, dörd zirehli döyüş maşını, üç UR-77 özüyeriyən reaktiv minalardan təmizləmə sistemi və üç mühəndis-təmizləmə maşını məhv edilib.

Tetkino vilayətində “ukraynalı diversantlarla” döyüşlər barədə məlumatı Kursk vilayətinin qubernatoru Roman Starovoyt təsdiqləyib. Onun sözlərinə görə, Rusiya hərbçiləri və sərhədçiləri “təxribatçıların” Rusiya Federasiyası ərazisinə daxil olmasına “imkan verməyiblər və verməyəcəklər”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ