Ukrayna xüsusi təyinatlıları rusiyalılarla döyüşdə ciddi itki veriblər

Ukrayna Hərbi Dəniz Qüvvələrinin 73-cü Xüsusi Əməliyyat Mərkəzinin hərbçiləri döyüş tapşırığını yerinə yetirərkən Rusiya hərbçiləri ilə toqquşmada həlak olublar. Bu barədə Ukrayna SQ-nin Xüsusi Əməliyyat Qüvvələrinin məlumatında deyilir.

“Xüsusi tapşırığı yerinə yetirdikdən sonra qrupun əsas qüvvələrinin çıxarılmasını təmin edən əsgərlər son döyüşə çıxıblar”, məlumatda deyilir. Tapşırıqın təfərrüatı və onun Ukrayna Silahlı Qüvvələri tərəfindən harada yerinə yetirildiyi açıqlanmayıb. Nə qədər insanın öldüyü barədə də məlumat verilmir.

“Mash” Telegram kanalı Ukrayna hərbçilərinin beş qayıqla Tendrovskaya dəryazına enməyə cəhd etdiyklərini açıqlayıb. Döyüş nəticəsində Rusiya hərbçiləri dörd qayığı sıradan çıxarıb, beşincisi qayıq isə uzaqlaşmağı bacarıb. İddialara görə, azı 20 Ukrayna əsgəri öldürülüb, bir nəfər yaralanıb və əsir götürülüb. “Mash” yazır ki, Rusiya ordusu ABŞ və Almaniya istehsalı olan bir neçə tüfəng, pulemyot və qumbaraatan ələ keçirib.

Ukraynanın “Strana” nəşri qeyd edib ki, fevralın 28-də Ukrayna hərbçilərinin sosial şəbəkələrində  “Xüsusi Əməliyyat Qüvvələrinin qara günü” barədə mesajlar yayılıb. Şərhlərdə hərbçilər Rusiya qoşunlarının arxa cəbhəsinin dərinliklərində yerləşən Tendrovskaya dəryazı üzərində əməliyyatın mümkünlüyü ilə maraqlanıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ