Rusiyalıların hücumundan sağ çıxan qadından qəribə addım - foto

Mariupolda doğum evinə hücumdan sağ çıxan Marianna Vışemirskaya (Podqurskaya) sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.

RBK yazır ki, Marianna Vışemirskaya açıq şəkildə Putini dəstəkləyib.

9 mart 2022-ci ildə Rusiya Mariupolu bombalayıb. 3 saylı doğum evi hücuma məruz qalıb. Analardan biri uşaqla birlikdə dünyasını dəyişib. Atəşdən sonra “Associated Press” jurnalisti doğum evinin yaxınlığında qan içində hamilə Marianna Vışemirskayanı (Podqurskaya) görüb. Onun fotosu bütün dünyaya yayılıb. Onu hətta “Mariupol Madonna”sı adlandırıblar.

Hazırda qadın Ukraynanın Rusiyanın nəzarətində olan hissəsində yaşayır. Sosial şəbəkələrdəki səhifəsində Marianna yeni “hakimiyyətləri” fəal şəkildə dəstəkləyir - paradlara gedir, Sovet ordusunun geyimində poza verir və müharibənin başlamasında Ukraynanı günahlandırır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ