Xəzər sahillərində yüzdən çox ölü suiti tapıldı

Xüsusi Komissiya Dağıstanda Xəzər dənizi sahillərində monitorinq apararkən Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmiş 130-a yaxın ölü suiti aşkar edib.

Bu barədə regional Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bu həftəsonu sahildə 130-a yaxın ölü heyvan qeydə alınıb. Onların əksəriyyəti artıq çürüyüb. Heyvanların təkcə Xəzər dənizinin Rusiya sahillərində deyil, həm də Azərbaycan və İran sahillərində ölməsi istisna deyil. Kütləvi ölümün dəqiq səbəbi hələ ki aydın deyil”, - deyə qurum qeyd edib.

Nazirlikdən izah olunub ki, Xəzər suitisinin kütləvi tələfatı son illərdə heyvanların Şimaldan Cənubi Xəzər dənizinə aktiv miqrasiyasının müşahidə olunduğu bir vaxtda mütəmadi qaydada qeydə alınır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ