Rusiya MN Xankəndidəki hadisəni təsdiqlədi

Rusiya Müdafiə Nazirliyi Xankəndidə BTR-in aşması nəticəsində baş verən hadisəni təsdiqləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində məlumat verilib.

“Dekabrın 11-də Rusiya sülhməramlı kontingentinin BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara bütün lazımi tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün hava yolu ilə Rusiya sülhməramlı kontingentindən hospitalın tibb müəssisəsinə aparılıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ