Müsəlmanların məsciddə kütləvi qətliamı - VİDEO (18+)

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 27 nəfər ölümlə nəticələnən hadisə ilə bağlı görüntülər yayılıb.

 
Buta.media “New Zeland Herald”-a istinadən xəbər verir ki, atəş açan şəxslərdən biri şlemdə, hərbi gödəkçədə və eynəkdə olub, silahlı hücumu sosial şəbəkədə canlı yayımlayıb. 


 
Hadisə yerinə gələn polis yaxın çevrəni mühasirəyə alıb, küçələrin giriş-çıxışları nəzarətə götürülüb. Bir nəfərin həbs olunduğu bildirilsə də, həmin şəxsin terrorçu olub-olmadığı açıqlanmır.
 
Ölkənin baş naziri Casinda Ardern baş verən insidentin terror aktı olduğunu bildirib və “ölkə tarixinin ən qara günlərindən biri” kimi qələmə verib.
 
Terrorçuların açdığı atəş nəticəsində 27 nəfərin həyatını itirdiyi bildirilir. Bəzi mənbələr 50-yə yaxın yaralının olduğunu yazır. İnsident vaxtı məscidlərin birində 300-ə yaxın insan ibadət edib.
 
Hücumlardan birini avstraliyalı ultra-sağçı, irçi fəalın həyata keçirdiyi artıq müəyyən edilib. Məlumata görə, terrorçu hücumdan əvvəl 37 səhifəlik manifest yazıb və müsəlmanlara qarşı terror aktı həyata keçirmək niyyətini açıqlayıb. Silahlı hücumu isə sonradan videoya çəkib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ