Yeni Zelandiyada məsciddə atışma: 27 nəfər ölüb

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 27 nəfər ölüb.

 
Bu barədə mənbələrə istinadən "Stuff" portalı məlumat yayıb.
 
Bildirilir ki, yerli xəstəxanalar 40-50 yaralının gətiriləcəyini gözləyirlər.
 
"New Zealand Herald" nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib. Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ