Xəyanətin qiyməti: Türkiyədə qadın ərini pəncərədən atdı - video

Türkiyənin Osmanqazi şəhərində 33 yaşlı K. Güleser həyat yoldaşı U.Yüceli ikinci mərtəbədəki mənzillərinin pəncərəsindən itələyib. 

“Hürriyət” xəbər verir ki, buna səbəb qadının ərinin ona xəyanət etməsindən şübhələndiyi olub.

Tərəflər arasında mübahisə axşam saatlarında onların evində başlayıb. Ərini xəyanətdə ittiham edən Güleser onu pəncərədən itələyib. Yücel bir neçə metr hündürlükdən yıxılıb və kömək istəməyə başlayıb. Qadın isə əlində bıçaqla yerdə uzanmış ərinə yaxınlaşaraq onu təhdid edib.

“Xəyanətin qiyməti budur, kişi olun, arvadlarınıza yaxşı baxın”, - Güleser hadisəni telefonlarına çəkən qonşulara da narazılığını bildirib. 

Polis bölməsində qadın ifadəsində ərinin özünü pəncərədən atdığını, Yücel isə həyat yoldaşının onu itələdiyini iddia edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ