Türkiyədə oğurluq edən azərbaycanlını öldürdülər - video

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda Ukrayna əsilli C.Dmitri biri azərbaycanlı olmaqla iki nəfəri öldürmək şübhəsi ilə polis tərəfindən saxlanılıb.

Hadisənin təfərrüatı barədə NTV məlumat yayıb.

Bildirilir ki, Dmitri Mahmutlar rayonu ərazisində öz cipi ilə Sarıhəsənli küçəsində dayanarkən ona motosikletlə iki nəfər - O.Murat Azərbaycan əsilli B.Elnur yaxınlaşıb.

Murat və Elnur içərisində 36 min avro olan çantanı cipin ön oturacağından oğurlayaraq hadisə yerindən uzaqlaşmağa çalışıblar, Dmitri isə onların arxasınca gedib.

Təqib zamanı ukraynalı tapança ilə şübhəlilərə atəş açıb və təxminən 300 metr sonra avtomobilllə motosikletə çırpılıb. Hadisə zamanı motosikletdə olan iki nəfər ölüb.

C.Dmitri polis əməkdaşları tərəfindən saxlanılıb, hadisə yerində tapança və güllələr aşkar edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ